📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Həmin körpünün tikintisində ölüm

2025-05-24 11:24:58

Həmin körpünün tikintisində ölüm

Ağsu rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Hurriyyet.az xəbər verir ki, mayın 23-ü saat 19 radələrində Kalva kəndinin ərazisində Qobustan rayon sakini 1964-cü il təvəllüdlü Umud Cəfərov hündürlükdən yıxılıb. Muğanlı-İsmayıllı yolunda körpü tikintisində fəhlə kimi çalışan kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, tikintisi aparılan körpü Azərbaycanın ən uzun və hündür asma körpüsü olacaq.

Qafqazinfo.az