Həmyerlimiz Ukraynada həlak oldu
2024-03-14 23:42:20
Həmyerlimiz Ukraynada həlak olub.
Əslən Zərdab rayonundan olan Ukrayna vətəndaşı Eldar Asəf oğlu Yusifov 2 ilə yaxındır, Ukrayna ordusunda tank batalyonunun komandiri kimi xidmət edirmiş.
Hadisə baş verən gün Eldarla yanaşı, daha 7 tankçının öldüyü bildirilir.
Onlar tankdan düşərək qidalanmaq istəyərkən raket zərbəsinə tuş gəliblər.
Eldarın nəşini tapmaq mümkün olmayıb. \\Unikal