📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Hər an müharibə başlaya bilər" - Poroşenko

2022-01-22 17:05:00

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko Kiyevlə Moskva arasında artan gərginliyə münasibət bildirib. AzVision.az xəbər verir ki, o, Rusiyanın Ukrayna ilə genişmiqyaslı müharibə aparmaq üçün hər cür imkanının olduğunu deyib. - Hər an Ukrayna ilə Rusiya arasında müharibə başlaya bilər. Rusiya-Ukrayna sərhədindəki gərginliyi nəzərə alsaq, belə bir münaqişə hər an alovlana bilər. Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə kütləvi raket zərbələri endirəcək.

Poroşenkonun fikrincə əgər hərbi əməliyyatlar başlasa, o zaman Ukrayna qoşunları Rusiyadan güclü raket hücumu gözləməlidir. Belə zərbələrin endirilməsində Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyasının gəmiləri və “İsgəndər” raket kompleksləri də iştirak edəcək.

Azvision.az