📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Hər bir qələbə, medal motivasiyadır" - BÜRÜNC MEDALÇI

2021-08-12 12:41:00

"Azərbaycana medal gətirdiyimiz üçün hər birimiz sevinirik. Bu təkcə bizim deyil, Azərbaycanın qələbəsidir"

Bunu Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov deyib.

77 kq çəki dərəcəsində yarışan idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarını bürünc medalla başa vurub. Bu gün vətənə dönən 33 yaşlı Hüseynov Heydər Əliyev Beynəlxalq Hava Limanında "Hürriyyət.az"a açıqlamasında bildirib ki, daha bir Olimiadada güləşmək arzusundadır:

“Əlbəttə, çətin - həm müharibə, həm də pandemiya şəraitində olan günlər idmandan da yan keçməyib. Bəli, bu gün qızıl medal qazana bilmədik. Amma çox sevinirik ki, ölkəyə mükafatsız qayıtmadıq. Medal almayan komanda yoldaşlarıma da bu sevinci yaşamağı arzulayıram. Bundan sonra daha bir Olimpiada da güləşmək fikrindəyəm. Yaşım da elə çox deyil. 33 yaşındayam. Əgər qalib gələ bilirsənsə, davam etmək şərtdir. Mən də idmana bu prinsiplə yanaşıram. Hər bir qələbə, medal motivasiyadır. Xüsusilə də Olimpiya medalı. Çalışacağıq ki, 3 il ərzində hazırlaşaq və növbəti dəfə qızıl mükafata sahib olaq”.

YƏHYA