"Hər kəsin maraqlarına uyğun "terror" anlayışı və terrorçusu var" - ƏRƏSTUN ORUCLU
2023-11-03 14:16:41
"Bizim üçün ən təhlükəli terrorçu dövlətin daxilinə sızmış PKK və "5-ci kolon"lar və içimizdəki terrorçuları dəstəkləyənlərdir"
"Hər kəsin maraqlarına uyğun olaraq öz "terror" anlayışı və "öz" terrorçusu var. Məsələn, bizim üçün ən təhlükəli terrorçu dövlətin daxilinə sızmış PKK və "5-ci kolon"lardır". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Ərəstun Oruclu qeyd edib.
Siyasi şərhçinin sözlərinə görə, onları dəstəkləyənlər üçün isə terrorçu HƏMAS və ya bir başqası ola bilər: "Bizim üçün terrorçu həm də içimizdəki terrorçuları dəstəkləyənlərdir. Bugünkü dünyada hər şey belə sadə sxemlər üzərində qurulub".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az