📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hər şey bahalaşır, maaşlar artmır – dördgünlük tətil başladı

2023-04-11 16:11:00

Hər şey bahalaşır, maaşlar artmır – dördgünlük tətil başladı

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Böyük Britaniyada feldşerlər dördgünlük tətilə başlayıblar. Feldşerlər məvaciblərinin artırılmasını tələb ediblər.

“Qardian” nəşrinin yazdığına görə, tətil nəticəsində 350 min xəstə qəbulu təxirə salınıb, planlaşdırılmış əməliyyatlar dayandırılıb.

“Britaniya Tibb Assosiasiyası” həmkarlar təşkilatı maaşların 35% artırılmasını tələb edib. Son illərdə baş verən iflyasiya səbəbindən ittifaq üzvlərinin maaşının real dəyəri 25% azalıb. Səhiyyə naziri Stiven Barkli isə bu cür artımın mümkün olmadığını bəyan edib.

Hazırda Britaniyada feldşerlərin ilk iş ilində maaşı bir saat üçün 14 funt sterlinqdir. İkinci il üçün isə onlar bir saat üçün 16,30 funt ala bilərlər. Həmkarlar ittifaqı isə bir saat üçün 19 funt tələb edir.

Ötən ildən başlayara Böyük Britaniyada tibb bacıları, təcili yardım işçiləri və digər səhiyyə sistemi əməkdaşları irimiqyaslı etiraz aksiyaları keçirirlər. Mart ayında Londonda azı yarım milyona yaxın həkim, müəllim, dövlət qulluqçusu maaşların artırılması tələbi və təqaüd islahatına etiraz tələbi ilə tətilə çıxıblar.

Fevralın əvvəlində Böyük Britaniyada təqaüd islahatına qarşı son on ildə ən böyük etiraz aksiyası keçirilib. Aksiyada 500 min nəfərə qədər insan iştirak edib.

Hürr Tərcüman