Hər şey bərpa olunacaq, amma ABŞ-ın nüfuzu əsla - Əraqçi
2026-04-03 11:59:30
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın Kərəc şəhərindəki körpünü vurmasını tənqid edib.
Hurriyyet.az xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib.
“Tikintisi yarımçıq qalan körpülər də daxil olmaqla, mülki tikililərə zərbə vurmaq iranlıları təslim olmağa məcbur etməyəcək. Bu, yalnız dağınıq vəziyyətdə olan düşmənin məğlubiyyətini və mənəvi çöküşünü ifadə edir. Hər körpü və bina daha möhkəm şəkildə yenidən tikiləcək. Heç vaxt bərpa olunmayacaq şey isə Amerikanın nüfuzuna dəyən ziyandır”, - deyə Əraqçi qeyd edib.