📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hər şey daha pis ola bilərdi - Mourinyonun gözünün altı niyə qaralıb?

2026-08-17 18:11:21

Hər şey daha pis ola bilərdi - Mourinyonun gözünün altı niyə qaralıb?

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo “Şalke 04″ə qarşı yoldaşlıq oyununda (3:0) gözü qaralmış halda meydana çıxması ilə diqqət çəkib.

Hurriyyet.Media  xəbər verir ki, hadisə jurnalistlərin və azarkeşlərin suallarına səbəb olub. Portuqaliyalı məşqçi bunun məşq zamanı baş verdiyini bildirib.

COPE jurnalisti Aranka Rodriqes sosial mediada Mourinyonun sözlərini sitat gətirib: “Məşq zamanı üzümə top dəydi. Eynək taxmasaydım, yəqin ki, belə olmazdı. Hər şey daha pis ola bilərdi”.