📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Hər şeyin yaxşı olduğunu deməklə problemlər həll olunmur"

2026-11-13 19:05:41

Mədəniyyət sahəsindəki çatışmazlıqlar açıq müzakirə edilməli və aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırılmalıdır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu parlamentdə keçirilən ictimai dinləmədə bildirib.

Komitə sədri qeyd edib ki, bəzən mövcud problemlərdən danışmağa çəkinirlər. Lakin hər şeyin yaxşı olduğunu deməklə çatışmazlıqları aradan qaldırmaq mümkün deyil.

Onun sözlərinə görə, belə müzakirələrin əsas faydalarından biri problemlərin gündəmə gətirilməsi və müvafiq qurumların diqqətinin onların həllinə yönəldilməsidir.

Polad Bülbüloğlu qarşıdan gələn büdcə müzakirələrində mədəniyyət sahəsinin problemləri ilə bağlı təkliflərin səsləndirilməsini vacib sayıb. O, həmin məsələlərin büdcədə nəzərə alınması üçün Milli Məclisin sədr müavini Rafael Hüseynovun və müvafiq komitələrin dəstəyinin əhəmiyyətini vurğulayıb.