📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hərbçilərin dənizə düşərək həlak olmasına görə başsağlığı verdi

2026-09-24 17:16:04

Hərbçilərin dənizə düşərək həlak olmasına görə başsağlığı verdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstanın müdafiə naziri general-leytenant Dauren Kosanova başsağlığı ünvanlayıb. 

Hurriyyet.media  xəbər verir ki, bununla bağlı MN məlumat yayıb.

“Xəzər dənizində təlimlər zamanı doqquz nəfər hərbi qulluqçunun dənizə düşərək həlak olması, bir nəfərin yaralanması, yeddi nəfərin itkin düşməsi barədə xəbər məni dərindən kədərləndirdi.

Bədbəxt hadisə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralanan hərbi qulluqçuya isə tezliklə sağalması üçün şəfa diləyirəm.

Axtarış-xilasetmə əməliyyatlarının müsbət nəticələr verəcəyi ümidindəyəm. Allah rəhmət eləsin”, - başsağlığında deyilir.

 Bu gün yerli vaxtla saat 11:10 radələrində Qazaxıstanın Xəzər dənizindəki hərbi təlimində 19 hərbçini dalğa aparıb. Onlardan 9-u həlak olub, 3-ü xilas edilib, qalan 7-nin axtarışları davam etdirilir.