📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hərbçilərlə görüş zamanı Poroşenkonun başı üzərindən raket uçdu - VİDEO

2022-12-16 23:02:00

Hərbçilərlə görüş zamanı Poroşenkonun başı üzərindən raket uçdu - VİDEO

Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkonun Ukrayna Silahlı Qüvvələrinin əsgərləri ilə görüşü zamanı onların üzərindən raket uçub.

Hurriyyet.Az xəbər verir ki, videonu eks-dövlət başçısının özü Facebook səhifəsində yayımlayıb.

Onun sözlərinə görə, hər bir belə zərbə Ukrayna hərbçilərini döyüşləri davam etdirməyə sövq edir.

“Başımızın üzərindən düşmən raketi uçdu. Sakitləşməyəcəklər, anlaya bilmirlər ki, hər raket zərbəsi bizi və ordumuzu gücləndirməyə, qurban verməyə, Ukrayna Silahlı Qüvvələrinə qoşulmağa və yorulmadan işləməyə məcbur edir”, – deyə Ukraynanın keçmiş prezidenti yazıb.

 

Konkret.Az