📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hərbçimiz dəm qazından zəhərləndi

2021-12-14 09:23:00

Hərbçimiz dəm qazından zəhərləndi

Goranboyda hərbçi dəm qazından zəhərlənib.

Hurriyyet.az Unikal.org-a məlumatına görə, hadisə Zeyvə kəndində qeydə alınıb. Hərbçi olduğu bildirilən 1996-cı il təvəllüdlü Zeyvə kənd sakini Həsrət Bahyəddin oğlu Alagözlü yaşadığı evdə dəm qazından zəhərlənib.

O, xəstəxanaya çatdırılıb. Həkimlərin tibbi müdaxiləsi nəticəsində gəncin durumu stabilləşib.

Faktla bağlı araşdırma aparılır.