📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hərbçimiz faciəvi şəkildə həlak oldu-YENİLƏNİB

2023-05-24 09:46:00

Hərbçimiz faciəvi şəkildə həlak oldu-YENİLƏNİB

Azərbaycanda əsgəri ildırım vuraraq öldürüb.

Hurriyyet.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissədə qeydə alınıb. Sözügedən hərbi hissədə xidmət edən Bakı şəhər sakini 20 yaşlı Davud Məmmədli postda olan zaman ildırım vurub.

Nəticədə o, hadisə yerində dünyasını dəyişib.

***

 

"Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlunun xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik".

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır. 

"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!", - məlumatda bildirilib.