Hərbçimiz qəzada öldü - FOTO
2024-10-23 11:04:01
Qubadlı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hurriyyet.az xəbər verir ki, "unikal"ın əldə etdiyi məlumata görə, "Mercedes" markalı avtomobilin qəzaya düşməsi nəticəsində 2002-ci il təvəllüdlü Astara rayon sakini Elnur Cabbarov həyatını itirib.
Qeyd edək ki, E.Cabbarov Azərbaycan Ordusunun zabiti idi.
Faktla bağlı araşdırma aparılır.
