📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hərbçimiz şəhid oldu

2023-05-11 11:33:00

Hərbçimiz şəhid oldu

Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub. 

Bu barədə Hurriyyet.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür:

"Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin".