📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hərbçimizin minaya düşərək şəhid olması təsdiqləndi

2023-03-06 09:00:00

Hərbçimizin minaya düşərək şəhid olması təsdiqləndi

Azərbaycan Ordusunun hərbi qulluqçusu Kamran Namiz oğlu Hüseynovun martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub.

Bu barədə Hurriyyet.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin", - Azərbaycanın Müdafiə Nazirliyindən əlavə olunub.

Qeyd edək ki, martın 4-də hərbçimizin həlak olduğu xəbəri yayılmışdı.