📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hərbi çevriliş cəhdində iştirak edən və illərdir axtarılan terrorçu saxlanılıb

2023-11-09 11:39:04

Hərbi çevriliş cəhdində iştirak edən və illərdir axtarılan terrorçu saxlanılıb

Türkiyə hüquq-mühafizə orqanları əməkdaşlarının İstanbulda keçirdikləri əməliyyat nəticəsində illərdir axtarılan terrorçu - FETÖ üzvü saxlanılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Qeyd olunub ki, o, 2016-cı ildə həyata keçirilən çevriliş cəhdindən sonra axtarışa verilmişdi.

“İhsan” və “Ahmet” kod adları ilə tanınan terrorçunun əsl adı Can U. olub.

report.az