📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hərbi helikopter qəzaya uğradı - ölənlər və yaralılar var

2024-02-07 19:10:00

Hərbi helikopter qəzaya uğradı - ölənlər və yaralılar var

Kolumbiyanın Choco inzibati bölgəsində hərbi helikopterin qəzaya uğraması nəticəsində 5 əsgər həyatını itirib. Qəzada 3 əsgər yaralanıb.

Hurriyyet.az NTV-yə istinadən xəbər verir ki, bölgəyə çoxlu axtarış-xilasetmə qrupu göndərilib.

Ordunun verdiyi açıqlamada ölən əsgərlərin ailələrinə başsağlığı verib və qəza ilə bağlı araşdırma başlandığını açıqlayıb. \\Tribunainfo.az