📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hərbi hissələrə valideynlər buraxılmayacaq

2025-02-11 11:55:01

Hərbi hissələrə valideynlər buraxılmayacaq

Hərbi hissələrdə andiçmə mərasimlərinə valideynlər buraxılmayacaq.

Bu barədə Hurriyyet.az-a  Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub:

"İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik".