Hərbi konvoya hücum: ölənlər var
2022-04-30 17:38:00
Somalinin Balad şəhərində hərbi konvoyun keçidi zamanı partlayış olub.
Hurriyyet.az xəbər verir ki, partlayış nəticəsində 10 hərbçi həlak olub.
Hadisə ilə əlaqədar məsuliyyəti Əş-Şabab terror təşkilatı öz üzərinə götürüb.
Qeyd edək ki, ölkədə planlaşdırılan prezident seçkiləri ərəfəsində rəsmi şəxslərə qarşı hücumların sayı artıb.