📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hərbi maşın Xocalıda qəzaya düşdü

2022-10-07 17:50:00

Hərbi maşın Xocalıda qəzaya düşdü

Xocalıda hərbi maşın qəzaya uğrayıb.

Hurriyyet.az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə rayonun Tanaxçı kəndində, Zəfər Yolunun 176-cı kilometrliyində baş verib.

"Mercedes" markalı minik avtomobil yolun kənarında dayanmış MAZ markalı yük avtomobilinə çırpılıb. Hadisə zamanı ölən və yaralanan olmayıb. "Mercedes"in sürücüsünün ərazidə aparılan təmir-tikinti işlərində çalışan şəxslərdən biri olduğu bildirilir.

Hadisəni DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov "Qafqazinfo"ya təsdiqləyib. 

Faktla bağlı araşdırma aparılır.