📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hərbi paradın başlama saatı bilindi

2025-11-08 00:38:15

Hərbi paradın başlama saatı bilindi

8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Bakıda keçiriləcək hərbi paradın başlama vaxtı məlum olub.

Hurriyyet.az Bakivaxti.az-a istinadən xəbər verir ki, parad saat 13:00-da start götürəcək.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə keçiriləcək tədbirdə ölkənin müxtəlif qoşun növləri, o cümlədən Xüsusi Təyinatlı Qüvvələr, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Hərbi Hava və Dəniz Qüvvələri iştirak edəcək.

Paradda həmçinin müasir hərbi texnika, silah sistemləri və aviasiya vasitələrinin nümayişi də nəzərdə tutulur.