📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hərbi Prokuror Xanlar Vəliyev: Ermənistan silahlı qüvvələrinin xalqımıza qarşı cinayətlərinin araşdırılması davam edir

2022-09-30 11:35:00

Hərbi Prokuror Xanlar Vəliyev: Ermənistan silahlı qüvvələrinin xalqımıza qarşı cinayətlərinin araşdırılması davam edir

Ermənistan silahlı qüvvələrinin xalqımıza qarşı cinayətlərinin araşdırılması davam edir. Bu ifadələri Azərbaycan Baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev rəsmi mətbuata açıqlamasında deyib.

“Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı müharibə, terror, qəsdən adam öldürmə və digər cinayət əməlləri ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq edilən cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Onu da qeyd edək ki, 2022-ci il sentyabrın 9-da Azərbaycan Respublikası Hərbi Prokurorluğunda “Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər və onların ağır nəticələri” mövzusunda elmi-praktik konfrans keçirilib”, deyə X.Vəliyev qeyd edib.

Ülviyyə, Hurriyyet.az