📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hərbi Prokurorluğun rəhbərliyi yeni kursantlarla görüşdü - Fotolar

2026-10-01 19:48:52

Hərbi Prokurorluğun rəhbərliyi yeni kursantlarla görüşdü - Fotolar

Hərbi Prokurorluğun rəhbərliyi prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Müdafiə Nazirliyinin H.Əliyev adına Hərbi İnstitutuna, Dövlət Sərhəd Xidmətinin Akademiyasına və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutuna yeni qəbul olunmuş kursantlarla görüşüb.

Hurriyyet.media  xəbər verir ki, görüş zamanı kursantlara hərbi təhsil müəssisələrinin məzunlarının Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində müstəsna igidlik və qəhrəmanlıq nümunələri göstərməsindən danışılıb və ölkə rəhbərliyi tərəfindən hərbi qulluqçulara göstərilən diqqət və qayğı barədə geniş məlumat verilib.

Çıxışlarda həmçinin müasir dövrdə elm və innovasiyanın çağdaş hərbi gücün əsaslarından birinə çevrilməsi vurğulanıb və kursantlara gələcək təcrübələrində tətbiq etmələri üçün elmi yenilikləri dərindən öyrənmələri, süni intellektin tətbiqi yollarını araşdırmaları tövsiyə olunub.

Tədbirin sonunda hərbi təhsil müəssisələrinə ən yüksək göstərici ilə qəbul olunmuş kursantlara hədiyyələr təqdim edilib və təhsildə uğurlar arzulanıb.