📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hərbi qulluqçuların aylıq vəzifə maaşları artırıldı - QƏRAR

2024-02-06 11:17:56

Hərbi qulluqçuların aylıq vəzifə maaşları artırıldı - QƏRAR

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.

Hurriyyet.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə müvafiq qərar verib.

Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.

Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.