📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hərbi vəzifəlilərin növbəti toplanışı keçirilir

2023-05-16 12:13:00

Hərbi vəzifəlilərin növbəti toplanışı keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir.

Bu barədə Hurriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin edilir.

Ehtiyatdan çağırılan hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirmək, eyni zamanda ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək və düzgün, effektiv istismar qaydalarını öyrətməkdir.