📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hərbi xidmətdə olan jurnalistin səhhətində problem yaranıb – FƏRİD İSMAYILOV 2 GÜN REANİMASİYADA SAXLANILIB

2022-02-04 00:06:00

Hərbi xidmətdə olan jurnalistin səhhətində problem yaranıb – FƏRİD İSMAYILOV 2 GÜN REANİMASİYADA SAXLANILIB

“Bu problemdən daha tez qurtula bilərdim, lakin məsuliyyətsiz hərbi qulluqçular olmasa idi”

Tanınmış jurnalist, hazırda hərbi xidmətdə olan Fərid İsmayılovun səhhətində problem yaranıb. Hurriyyet.az xəbər verir ki, bu haqda jurnalist özünün “Facebook” səhifəsində açıqlama yayıb. Jurnalistin statusunu olduğu kimi təqdim edirik:

“Əziz dostlar, dəyərli həmkarlar! 1 həftədən artıq müddətdir ki, sağlamlığımda yaranmış problemlə əlaqədar müalicədəyəm. Yanvar ayının 31-də "pnevmotoraks" diaqnozu ilə Ağdam rayonunda yerləşən "N" saylı hərbi hospitala yerləşdirilmişəm, 2 gün ərzində reanimasiyada saxlanılmışam.

Daha sonra bu gün - fevral ayının 3-də Bakı şəhərində yerləşən "N" saylı hərbi hospitala yerləşdirilmişəm. Bu problemdən daha tez qurtula bilərdim, lakin məsuliyyətsiz hərbi qulluqçular olmasa idi (bu məsələyə geniş toxunacam).

Yekunda hər şey yaxşıdır. Göstərdiyi operativ dəstəyə görə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik-leytenant Anar Eyvazova, "N" saylı hərbi hospitalın komandiri polkovnik-leytenant Şahin Əliyevə minnətdaram. Şahin Əliyevin operativ əməliyyatı, vicdanlı yanaşması sayəsində indi özümü nisbətən yaxşı hiss edirəm”.

Hurriyyet.az