📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

HESABAT: Qış havası Rusiya-Ukrayna müharibəsini durdurmayacaq

2022-11-11 12:34:00

HESABAT: Qış havası Rusiya-Ukrayna müharibəsini durdurmayacaq

ABŞ-ın "Müharibənin Öyrənilməsi İnstitutu" (ISW) Ukrayna cəbhəsindəki vəziyyətlə bağlı hesabatında bəzi Qərb rəsmilərinin qış havasının müharibədə müəyyən qədər sakitliyə gətirəcəyi və bununla da danışıqlara başlamaq imkanı yarada biləcəyi fikrini təkzib edir.
Belə bir sükunətin mümkünlüyü, ABŞ-ın hərbi qurumlarının və digər Qərb ölkələrinin adları açıqlanmayan əməkdaşlarından sitat gətirilən "NBC News"un son buraxılışında müzakirə olunub.
"Texniki nasazlıq və ya qış texnikasının olmaması müharibəni nə qədər ləngidə bilərsə, payız və yaz palçığı o qədər ləngidə bilər. Hərbi texnikanın bəzi növlərinin soyuq havaya adaptasiyası lazım ola bilər yaxud hərbi texnika, sursat çatışmazlığı kimi məntiqi çətinliklər hücumun ləngiməsinə gətirə bilər, amma qış havası yox", deyə "ISW" ekspertləri etiraz edirlər.
Bununla belə, hesabat müəlliflərinin fikrincə, “qış Ukraynadakı zəif təchiz olunmuş rus qoşunlarına daha çox zərər verə bilər, lakin yaxşı təchiz olunmuş Ukrayna hərbçilərinin qışın gəlişi ilə əlaqədar əks-hücumları dayandırmaq ehtimalı azdır". "Əksinə, donmuş torpaq Ukrayna avtomobillərinin hərəkətini asanlaşdıra bilər və hücum etmək payız-yaz ərimə şəraitindən daha asan olacaq", deyə "ISW" hesab edir.
Onun fikrincə, döyüşlər səngisə, bu, yalnız maddi-texniki çətinliklər və ya hər iki tərəfin bir neçə cinahda kulminasiya nöqtəsinə çatması ilə bağlı olacaq. "ISW" ekspertləri əlavə edir ki, rus qoşunları cəbhənin əksər hissəsində müdafiəyə keçib və bir neçə aydır Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində genişmiqyaslı hücum əməliyyatları keçirə bilməyib.
Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində irəliləyən hücumu ilə bağlı xəbərdə bildirilir ki, Ukrayna qoşunları Xarkov yaxınlığındakı kimi Rusiya ordusunu darmadağın etmədən bölgəni azad edir və rus hərbçiləri "nisbətən yüksək döyüş qabiliyyətini saxlamaqla" Dneprin sağ sahilindən geri çəkilir.
"ISW" yazır ki, “Rusiyanın geri çəkilməsi bir qədər də vaxt aparacaq və döyüşlər bütün Xerson vilayətində davam edəcək”. Hesabatın müəllifləri belə nəticəyə gəlirlər ki, “Ukrayna təşəbbüsü əlində saxlayır və Xersonda özü üçün mühüm qələbə təmin edir”. Ona görə də istənilən atəşkəs, ekspertlərin fikrincə, “Rusiyaya özünə gəlmək, gücünü bərpa etmək üçün Kremlə çox ehtiyac duyduğu vaxtı verəcək”.

Ülviyyə, Hurriyyet.az