📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Həsənağa Turabovun xanımı vəfat etdi

2025-01-29 10:02:19

Həsənağa Turabovun xanımı vəfat etdi

Mərhum aktyor, Xalq artisti Həsənağa Turabovun həyat yoldaşı Solmaz Turabova dünyasını dəyişib.

Hurriyyet.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər. 

Bildirilib ki, S.Turabova bu gün oğlu Daşqın Turabov və həyat yoldaşı Həsənağa Turabovun yanında - Qurd qapısı qəbirstanlığında dəfn ediləcək. 

Qeyd edək ki, Həsənağa Turabov 2003-cü ildə, 64 yaşında dünyasını dəyişib. Onların oğlu Siyəzən polis şöbəsinin əməliyyat müvəkkili olan Daşqın Turabov isə 1997-ci ildə öldürülüb.