📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Həyat yoldaşım İlham Məmmədov və İmran Eyvazzadənin sifarişi ilə qətlə yetirilib”

2022-02-01 10:14:00

“Həyat yoldaşım İlham Məmmədov və İmran Eyvazzadənin sifarişi ilə qətlə yetirilib”

Mərhum Aqil Əliyevin qətlə yetirilən şəriki Dianət Səlimovun həyat yoldaşı Tamilla Səlimova tərəfindən ölkə rəhbərliyinə müraciət

Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, N.Nərimanov küçəsi, ev 23 B, mənzil 42 ünvanda qeydiyyatda olan, hazırda Almaniyada yaşayan Səlimova Nərgiz və Seyidova Nərminə  Dianət qızları tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olduğu haqda məlumat vermişdik. Qəzetimizdə dər olunan “Aqil Əliyevin vəfatından sonra onun gəmisini kimlər ələr keçirib… - 1500 tonluq “Drafa” Dərbənddə gizli şəkildə satılıb, bu faktın yeganə şahidi olan Dianət Səlimov isə qətlə yetirilib” sərlövhəli yazıda şikayətçilər iddia edirdilər ki, ataları A.Əliyevin şirkətində işləyən İlham Məmmədov və İmran Eyvazzadənin sifarişi ilə qətlə yetirilib.

Bu gün isə həmin ünvanda yaşayan, mərhumun həyat yoldaşı Səlimova Tamilla Con qızı tərəfindən redaksiyamıza daxil olan şikayət məktubu ilə oxucularımızı tanış edirik. Qeyd edək ki, şikayətçi qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, DTX rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb:

“Hörmətli cənab Prezident! Hörmətli Mehriban Xanım!

Mən Bakı şəhərində doğulmuşam, ali təhsilliyəm, uzun müddət 23 nömrəli məktəbdə direktor müavini vəzifəsində  işləmişəm. İki qız anasıyam. Bunları qeyd etməkdə məqsədim odur ki, Sizdən xahiş edirəm, mənim ailəmin acı  taleyinə,  14 il bundan öncə İlham Məmmədovun sifarışilə İMRAN EYVAZZADƏ VƏ ONUN BACISININ ƏRİ NƏRİMAN-TELMAN ƏLİYEV QARDAŞLARI TƏRƏFİNDƏN törədilmiş və örtbasdır edilmiş QƏTL hadisəsinin üstünün açılmasına biganə qalmayasınız. 

Bildirirəm ki, həyat yoldaşım mərhum Səlimov Dianət İsmayıl oğlu  1958-ci ildə Bakı şəhərində döğulmuşdur, Əliyev İlqar Aqil oğlu ilə bir həyətdə - bir məhəllədə böyüyüb boya-başa çatmışdır. Elə bu səbəblərə görə də 1993-cü ildən mərhum Aqil Əliyevin rəhbərliyi altında “RİYAD” şadlıq evinin administratoru kimi çalışmış, sonradan Aqil Əliyev tərəfindən  təsis edilmiş  “EKO-SERVİS” firmasında işləmişdir. Həyat yoldaşım eyni zamanda firmanın (25% payçısı) təsisçilərindən biri olmuşdur. Heç vaxt unuda bilmərik, o  dövrdə mərhum Aqil Əliyevin sayəsində  ailəmiz yaxşı yaşamışdır. Sonradan həyat yoldaşım Dəyanət Səlimov Aqil Əliyevin gıstərişi ilə “Eko-Servis” firmasına məxsus kapitan Həmid İsmaylov adına  DRAFA gəmisində işləmiş, işlərə nəzarət etmişdir.

Aqil Əliyev 08 mart 2006-cı ildə vəfat etdikdən sonra, mərhumun qırxı çıxmamış həyat yoldaşımı - Dianət Səlimovu mərhum  Aqil Əliyevin yanında işləyən, hal-hazırda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilmiş və barəsində istintaq aparılan “RİYAD Şirkətlər Qurupu”nun  rəhbəri  İlham Məmmədov və “Eko-Servis” firmasının direktoru İmran Eyvazzadə gözümçıxdıya salmışlar.

Aqil Əliyevin vəfatından təxminən 10-15 gün sonra həyat yoldaşım qanı qara halda evə gələrək bildirdi ki, işlədiyi gəmi  dənizdən yoxa çıxmışdır. Bir neçə gündən sonra isə bildirdi ki, Aqil Əliyevin hüzr mərasimindən, insanların başının yasa qarışmasından istifadə edən İlham Məmmədovun göstərişi ilə İmran Eyvazzadə və imranın bacısının əri Telman-Nəriman qardaşları tərəfindən DRAFA  gəmisi qanunsuz yollarla Xəzər Dənizinin Azərbaycana aid sularından gizlincə çıxarılaraq, Rusiya  Federasiyasının Maxaçkala şəhərində  1.400.000 ABŞ dollarına Rusiya Fedarasiyasında əsli məlum olan vətəndaşa satılmışdır.

Gəminin satılmasına “Eko-Servis” firmasının təsisçilərinin heç birinin - nə mərhum  Aqil Əliyevin, nə də həyat yoldaşım Dəyanət Səlimovun notarial razılığı olmamışdır.

Həhayət,  gəminin qanunsuz olaraq ölkədən çıxarılmasına, gizlindən satılmasına öz etirazını bildirən və sonda gəminin satışından öz payına düşən pulu tələb edən həyat yoldaşım Dianət Səlimov  07.11.2008 -ci il tarixdə İlham Məmmədovun sifarişi ilə, İmran Eyvazzadə və bacısının əri Nəriman -Telman Əliyev qardaşları tərəfindən qətlə yetirilmişdir.

İlham Məmmədov və İmran Eyvazzadə yaxşı başa düşürdülər ki, Dianət Səlimova payına düşən pulu versələr, hətta  Dianəti istədiyi kimi razı salsalar belə, o, heç vaxt  mərhum Aqil Əliyevin malına-mülkünə,  onun varisi İlqar Əliyevə xəyanət etməyəcəkdir. İlham Məmmədovun, İmran Eyvazzadənin və İmranın bacısının əri  Nəriman-Telman qardaşlarının törətdiyi cinayətin və etdikləri xəyanətin üstünü geci-tezi açacaqdır. Elə buna  görə də Dianət Səlimovun aradan götürülməsinə, qətlə yetrilməsinə sifarış vedilər və Dianətin QƏTLİNİ başa çatdırdılar.

Hörmətli cənab Prezident! Hörmətli Mehriban Xanım!

Siz təsəvvür edin, qəfildən evin həyətində həyat yoldaşım sifarişlə qətlə yetrilir, himayəmdə iki qız uşağı (balaca qızım 16 yaşında), başımı itirmişəm, bir tərəfdən də qətlin aifarişçiləri İlham Məmmədov, İmran Eyvazzadə, Nəriman-Telman qardaşları, qonum-qonuşunun vasitəsilə, evə edilən nəməlum zənglərlə xəbərdarlıq edirlər ki, başqa cür danışsa, onuda qızlarını da belə bir aqibət  gözləyəcəkdir. Bütün bünlara baxmayaraq yenə də bildirirdim ki, Dianət Səlimov gəminin pulunun üstündə öldürülmüşdür.

Onu da diqqətinizə çatdırıram ki, İlham Məmmədovun,  İmran Eyvazzadənin və Nəriman-Telman qardaşlarının   qorxusundan qızlarımı pasport alan kimi Azərbaycandan çıxarmışam, qızlarım o gündən indiyə kimi  Almaniyada yaşayırlar. Qorxularından vətənə - Bakıya gələ bilmirlər.

Çox təssüflər olsun ki, qətlin sifarişçiləri  İlham Məmmədov və İmran Eyvazzadə gəminin satışından Dəyanətin payına düşən puldan  “qabağa” verib, mənim həyat yoldaşımın qanını batırdılar.

Hörmətli cənab Prezident! Hörmətli Mehriban Xanım!

Mən Sizlərə həyat yoldaşım Dianət Səlimovun qətlinin sifarışçisi İlham Məmmədovdan danışıram ki, o, DRAFA gəmisindən başqa, mərhum Aqil Əliyevin digər əmlaklarını da  gizlindən ələ keçirərək mənimsəməkdə, mütəşəkkil dəstə- birlik yaratmaqda, hakim ailənin malına-əmlakına xəyanət eməkdə, mənimsəməkdə, şəxslərin əmlaklarını hədə-qorxu gələrək, aldadaraq ələ keçirməkdə və s. əməllərdə suçlanaraq  Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilmişdir və hal-hazırda barəsində istintaq aparılır.

Hörmətli cənab Prezident! Hörmətli Mehriban Xanım!

Mən Sizlərə o İmran Eyvazzadədən danışıram ki, İlham Məmmədovun göstərişı ilə, Aqil Əliyevin 40-ı çıxmamış DRAFA gəmisini gizlindən Azərbaycan Respublikasına məxsus Xəzər dənizinin sularından çıxarmış və satmışdır. Həyat yoldaşım Dianət Səlimovun qətlə yetrilməsi planını hazırlamışdır və bacısının əri Telman-Nəriman  Əliyev  qardaşlarının əli ilə həyata keçırmişdir.

Hörmətli cənab Prezident! Hörmətli Mehriban Xanım!

Mən Sizələrə o İlham Məmmədovdan və İmran Eyvazzadədən danışıram ki, familiyaları Əliyev olan Telman-Nəriman qardaşlarını hər yerdə  Aqil Əliyevin və İlqar Əliyevin şəcərəsindən olan kimi təqdim edirdilər.

Nəriman-Telman Əliyev qardaşları barədə hüquq mühafizə orqanlarına dəfələrlə məlumat verməyimə baxmayaraq, nə o vaxtlarda, nə də bu günə kimi bir dəfə də olsun onları çağırıb dindirməmişlər. Nəriman-Telman Əliyev qardaşlarının istintaq orqanları tərəfindən bu günə kimi dindirilməməsi, hətta onların istintaqda yayındırılması, gizlədilməsi həyat yoldaşımın həqiqətən də onlar tərəfindən öldürülməsinə sübutdur. Ancaq nədənsə bu günə kimi İlham Məmmədovun  təşkilatçılığı ilə yaradılmış və başçılıq etdiyi mütəşəkkil dəstənin fəal üzvü, “Eko-Servis” firmasının, “ İlqar 7.T “ MMC-nin və  “EKO -SERVİS  KO ” MMC-nin direktoru,  İlham Məmmədovla,  Nəriman-Telman Əliyev qardaşları ilə birgə  DRAFA gəmisinin gizlindən satışını həyata keçirmiş, gəminin satışından əldə edilmiş 1.400.000 ABŞ dollarını mənimsəmiş, bu günə kimi üstü açılmayan bir çox cinayətləri birgə törətmiş, Aqil Əliyevin Tovuz rayonunda olan və  “EKO -SERVİS  KO ” MMC-yə məxsus olan bütün malını-mülkünü ələ keçirərək mənimsəmiş, daima  hakim ailəyə  xəyanət etmiş, Dəyanət Səlimovun birbaşa qətlinin sifarişçısi  Eyvazzadə İmran Cahad oğlu və onun bu işlərdə birbaşa əli və iştirakı olan bacısının əri Nəriman və qardaşı Telman hələ də həbs edilməmişdir, azadlıqda gəzirlər.

Hörmətli cənab Prezident! Hörmətli Mehriban Xanım!

Atalarının qətlinin sifarişçıləri barədə Almanıyada yaşayan qızlarım da Sizə müraciət etmişlər və bu gündə müraciət etməkdə davam edirlər. Mən özüm də Baş Prokurorluğa və DTX-ya müraciət etmişəm.

Bütün bunlara baxmayaraq Sizlərdən bir daha xahış edirəm :

1. Mənim həyat yoldaşımın- Dianət Səlimovun qətlinin sifarışçisi, Aqil Əliyevin vəfatından sonra, qanunsuz yollarla,  ona məxsus 3(üç) böyük şirkətin - “Eko-Servis” firmasının, “EKO -SERVIS  KO ” MMC-nin və “İlqar 7T.”  MMC-nin hüquqi sənədlərini ələ keçirərək, saxta möhür və ştampını hazırlatdırmış, şirkətlərin təsisçilərinin, təmsilçilərinin   səlahiyyətlərini mənimsəmiş, hər yerdə özünü direktoru kimi  elan etmiş, şirkətlərin bütün əmlaklarını, təsisçilərin xəbəri və razılığı olmadan gizlindən ələ keçirərək mənimsəmiş, hər yerdə Aqli Əliyevin və İlqar Əliyevin adının qabağından öz imzasını atmış və yaxud da Aqil Əliyevin və İlqar Əliyevin imzalarını saxtalaşdıraraq idarə və təşkilatlara onların adından rəsmi müraciətlər etmiş, bütün bu kimi qanunsuz  hərəkətlərə ona icazənin, Aqil Əliyev öldükdən sonra, guya  Cənab  Prezident İlham Əliyev tərəfindən verildiyini bildirmiş,  “Eko-Servis” firmasına məxsus DRAFA  gəmisinin gizlindən, qanunsuz yollarla satışını həyata keçirmiş, Aqil Əliyevin   Tovuz rayonunda  olan və  “EKO -SERVİS  KO ” MMC-yə məxsus olan bütün malını-mülkünü ələ keçirərək mənimsəmiş, daima hakim ailəyə xəyanət etmiş, Dəyanət Səlimovun bir başa qətlinin sifarişını həyata keçirmiş   Eyvazzadə İmran Cahad oğlunun və onun, bu işlərdə birbaşa əli və iştirakı olan qohumları Nəriman-Telman Əliyev qardaşlarının  müəyyən edilib məssuliyyətə cəlb edilməsinə və mənim DTX tərəfindən zərərçəkmiş qismində tanınmağım üçün Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev cənablarına şəxsən göstəriş verəsiniz.

2. 14 il  bundan qabaq İlham Məmmədovun sifarişi əsasında, İmran Eyvazzadə və önun bacısının əri, Telman və qardaşı Nəriman tərəfindən törədilmiş, başa çatdırılmış və əsil həqiqətdə  bu günə kimi  üstü ört-basdır edilmış, cinayətin izini itirmək üçün sonda cinayəti  yalandan müəyyən qədər pulun müqabilində böynuna götürmüş Muxtarov Firuz İsa oğlunun da Cəzaçəkmə Müəssisəsində müəmmalı çəkildə öldürülməsi və bu  kimi cinayət  faktlarının üstünün açılması üçün – 14 il bundan qabaq saxta, əsassız əsaslarla bağlanılmış  CİNAYƏT İŞİNİN YENİDƏN TƏZƏLƏNMƏSİNƏ göstəriş verəsiniz.

Bu işi sona qədər nəzarətdə saxlamağınızı Sizlərdən şəxsən xahiş edirəm”.

Hazırladı: KƏNAN

Redaksiyadan: Yazıda adları keçən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.