📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Həyatımın çox ağır dönəmini yaşayıram"

2022-05-11 21:10:00

Əməkdar artist Aygün Bəylər ailəsi ilə əlaqələrinin olmadığını bildirib.

Bu barədə "Sözbaz" verilişində danışıb. O, aparıcı Zümrüd Bədəlovanın "Ailənizdən yanınızda kimlər var?" – sualına belə cavablandırıb:
"Heç kim yoxdur. Övlad da özü üçün... O da böyüyəcək. Allah bütün balaları xoşbəxt etsin. Mənim də bir ana kimi borcumdur ki, övladımı boya -başa çatdırım. Vətənimə layiqli övlad yetişdirim. Böyüyüb, 13 yaşı var".
A. Bəylər çətin günlər yaşadığını bildirib: "Həyatımın çox ağır dönəmini yaşayıram. Studiyam, orkestrım yoxdur. 16 yaşımdan şəxsi ansamblım olub. Toy mərasimlərindən kisələrlə pullar qazanırdıq. Sonra evdə bölürdük".