📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Heydər Babayevin bankı ilə hərrac mərkəzi arasında qalmaqal

2023-07-13 22:26:00

Heydər Babayevin bankı ilə hərrac mərkəzi arasında qalmaqal

"Bank Standard” Qapalı Səhmdar Cəmiyyəti (QSC) "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-ni məhkəməyə verib.

Hurriyyet.Az xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır.
İşin mahiyyəti barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.
"Bank Standard” QSC 29 dekabr 1998-ci ildə qeydiyyata alınıb. Qanuni təmsilçisi Piriyev Tural Qüvrət oğludur.
Hazırda ləğv prosesində olan "Bank Standard” keçmiş nazir Heydər Babayevin bankı kimi tanınıb.
Heydər Babayev 2005-2008-ci illərdə iqtisadi inkişaf naziri olub.
O vəzifədən çıxandan sonra bir çox biznes strukturlarının, o cümlədən "Bank Standard”ın durumu pisləşib. \\Qaynarinfo