📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filial açır

2026-04-20 21:05:08

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filial açır

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndi şəhərində yeni filialını açacaq.

Modern.az xəbər verir ki, təhsli kompleksi Xankəndi filialında 2026-2027-ci tədris ili üçün məktəbəqədər və ibtidai bölmələr üzrə şagird qəbulu elan edib.

"25 illik təcrübə və güclü dəyərlərlə minlərlə şagirdin təhsil yoluna işıq salan MTK, milli köklərə sadiq, beynəlxalq standartlara cavab verən təhsil modelini doğma Qarabağa daşıyır. Təhlükəsiz, innovativ və dəyərlərə əsaslanan təhsil mühiti ilə yeni nəsil burada formalaşacaq", - deyə Təhsil Kompleksindən bildirilib.