📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Heydərov Ramil Səfərovun qardaşına yüksək vəzifə verdi

2023-10-06 12:54:58

Heydərov Ramil Səfərovun qardaşına yüksək vəzifə verdi

Polkovnik İlqar Sahib oğlu Səfərov Bakı Regional Mərkəzi rəisinin birinci müavini təyin edilib.

Hurriyyet.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Bildirilib ki, İ.Səfərov polkovnik-leytenant Ramil Səfərovun qardaşıdır.

İlqar Səfərovun atası Sahib Səfərov açıqlamasında oğlunun yeni təyinatını təsdiqləyib.

Qeyd edək ki, İlqar Səfərov 29.10.1975-ci ildə Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Ailəlidir, 3 övladı var.