HEYDƏROVUN İKİ MÜAVİNİ İŞDƏN AZAD OLUNDU - Yeni təyinat
General-leytenant Orucəli Hacıyev və general-leytenant Etibar Mirzəyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad ediliblər.
Hurriyyet.org xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında dərc edilib.
Belə ki, Orucəli Hacıyev və Etibar Mirzəyevin adları nazirliyin rəsmi internet səhifəsindəki rəhbərlik bölməsindən silinib.
Qeyd edək ki, hazırda Fövqəladə Hallar Nazirliyinin saytında general-leytenant Rəfail Mirzəyev 1-ci müavin, tibb xidməti general-leytenantı Faiq Tağızadə, Tapdıq Əmiraslanov və Adil Abdullayevin isə müavinlər olaraq göstərilib.
Qeyd edək ki, bir nüddət əvvəl Etibar Mirzəyev işdən çıxarılması ilə bağlı mətbuata açıqlama verib.

“Yaşla əlaqədar olaraq təqaüdə çıxmışam”, - deyə, o, bildirib.
Mirzəyev bildirib ki, 20 ildir sözügedən vəzifədə çalışıb:“Buna görə cənab Prezidentə böyük minnətdarlığımı bildirirəm. Bundan sonra dövlət başçısının daxili və xarici siyasətini dəstəkləyir və ömrümün sonuna qədər onun əsgəriyəm”.
Qeyd edək ki, Etibar Böyükbəy oğlu Mirzəyev 30 noyabr 1958-ci ildə Naxçıvan şəhərində anadan olub. Bakı Dövlət Universitetini (keçmiş Azərbaycan Dövlət Unversiteti) bitirib. Ailəlidir, 2 övladı var.
2006-cı ildən fövqəladə hallar nazirinin müavini işləyir.