📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

HƏYƏCANLI ANLAR: NATO qırıcıları havalandırıldı

2026-10-03 18:19:21

HƏYƏCANLI ANLAR: NATO qırıcıları havalandırıldı

Litvanın paytaxtı Vilnüsün Beynəlxalq Hava Limanı radarlarda naməlum pilotsuz uçuş aparatının (PUA) görünməsi ehtimalı ilə əlaqədar hava məkanını və fəaliyyətini müvəqqəti olaraq bağlayıb.

Hurriyyet.media  xəbər verir ki, yerli LRT telekanalının yaydığı məlumata görə, təhlükə siqnalından dərhal sonra NATO-nun Baltikyanı hava məkanını qoruyan qırıcı təyyarələri təcili olaraq səmaya qaldırılıb, yerli sakinlərin telefonlarına isə ehtiyatlı olmaq və sığınacaqlara yaxınlaşmaq xəbərdarlığı göndərilib.

Sonradan Vilnüs hava limanı rəsmi bəyanat yayaraq hava həyəcanının ləğv edildiyini və uçuşların bərpa olunduğunu bildirib.

Litva Silahlı Qüvvələrindən verilən açıqlamada vurğulanıb: "NATO qırıcıları sözügedən ərazidə hər hansı fiziki obyekt aşkar etməyiblər. Hərbi Hava Qüvvələrinin helikopteri siqnalın radarlardan itdiyi zonada əlavə baxış keçirəcək".