📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hidayət Heydərov millinin heyətindən çıxarıldı - AÇ-yə getməyəcək

2025-04-22 10:15:38

Hidayət Heydərov millinin heyətindən çıxarıldı - AÇ-yə getməyəcək

Avropa çempionatında çıxış edəcək milli komandamızın heyətində dəyişiklik olub. 

Hurriyyet.az xəbər verir ki, Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb.

Hidayəti Avropa çempionatında Rəşid Məmmədəliyev (-73 kq) əvəz edəcək.

Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı 23–27 aprel tarixlərində Monteneqroda keçiriləcək. Mötəbər turnirdə ölkəmizi 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.