📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hikmət Abbasovun müavini də işdən çıxarıldı

2023-08-18 11:18:00

Hikmət Abbasovun müavini də işdən çıxarıldı

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov vəzifəsindən azad edilib.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov əmr imzalayıb.

Nazirinin digər əmri ilə onun yerinə polkovnik-leytenant Mircavad Seyidov təyin edilib.

Qeyd edik ki, bir neçə gün əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Hikmət Abbasov da vəzifəsindən azad edilib.