Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri və Ermənistanın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Hurriyyet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ştatlarda ABŞ Prezidenti Cozef Baydenin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Bu barədə məlumatı ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan verib.
Sallivan “Tvitter” səhifəsindəki paylaşmasında yazıb: “Bu gün birbaşa və konstruktiv danışıqlar üçün Hikmət Hacıyev və Armen Qriqoryanla müzakirələr apardıq. Biz növbəti şiddətin qarşısının alınmasının, vaxta bağlı və diqqət mərkəzində olan danışıqların aparılmasının vacibliyini müzakirə etdik”.
Sallivan qeyd edib ki, görüş zamanı Cənubi Qafqazda sabit və dayanıqlı sülhü dəstəkləmək üçün gələcəkdə hansı konkret addımların atılacağı da müəyyənləşdirilib.
Hürr Tərcüman