📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hikmət Hacıyev Avropa ölkələrinin müstəmləkəçilik siyasətindən DANIŞDI

2023-10-20 15:32:52

Hikmət Hacıyev Avropa ölkələrinin müstəmləkəçilik siyasətindən DANIŞDI

“Bəzi Avropa ölkələri müstəmləkəçilik siyasətini davam etdirir. Eyni zamanda hərbi gücdən də istifadə edir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

"Bu gün biz müstəmləkəçiliklə mübarizə ilə bağlı çoxlu fikirlər eşitdik. Azərbaycan siyasi azadlıq sahəsində səylərini, mübarizəsini və ambisiyalarını davam etdirəcək. Biz burada səslənən fikirləri BMT və digər beynəlxalq təşkilatlar səviyyəsinə qaldıracağıq. Mənim ölkəm uzun illər müstəqillikdən məhrum edilib. Biz dövlət olaraq işğalın nə olduğunu bilirik”, - o vurğulayıb.//Report