📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hikmət Hacıyev: "Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkədir"

2023-08-15 00:25:00

Hikmət Hacıyev:

Ermənistan işğaldan azad edilən Azərbaycan torpaqlarına 1 milyondan çox mina yerləşdirib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” (“Twitter“) sosial şəbəkəsində paylaşım edib.

“2020-ci ilin noyabrından bəri 300-dən çox azərbaycanlı mina qurbanı olub. Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkədir. Ermənistanın mina terrorunu davam etdirir”, - deyə qeyd olunub.