📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hikmət Hacıyev BMTM-də görüş keçirdi: Xarici siyasət və regional çağırışlar müzakirə olundu

2025-05-03 00:14:11

Hikmət Hacıyev BMTM-də görüş keçirdi: Xarici siyasət və regional çağırışlar müzakirə olundu

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri və ictimai-siyasi dairələrin nümayəndələri ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) görüş keçirib.

Hurriyyet.Az xəbər verir ki, görüşdə ölkənin xarici siyasət prioritetləri, regional və beynəlxalq təhlükəsizlik çağırışları, Ermənistanla aparılan normallaşma prosesi, Azərbaycanın beynəlxalq platformalarda mövqelərinin gücləndirilməsi istiqamətində atılan addımlar və qarşıda duran strateji hədəflər müzakirə olunub.