Hikmət Hacıyev ilə Armen Qriqoryan tədbirdə görüşəcəklər
2023-05-29 16:47:00
Hurriyyet.az xəbər verir ki, mayın 30-da Slovakiyanın paytaxtı Bratislava şəhərində keçiriləcək GLOBSEC-2023 forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın panel müzakirəsində iştirak edəcəyi gözlənilir.
“Armenpress”in yazdığına görə, bu barədə açıqlama Armen Qriqoryanın ofisindən verilib.
Hürr Tərcüman