📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

2023-04-14 17:52:00

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvini qəbul edib.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı Seyid Abbas Musəvi özünün Tvitter səhifəsində paylaşım edib.

“XİN rəhbərləri ilə aparılan konstruktiv danışıqlardan sonra mən də onunla səmimi və konstruktiv söhbət etdim. Ümid edirəm ki, başlanan prosesin yekun nəticəsi hər iki ölkənin və regionun maraqlarının xeyrinə olacaq”,- səfir bildirib.

axar.az