📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hikmət Hacıyev Venesuelanın XİN rəhbərinin müavini ilə iki ölkə arasındakı münasibətləri müzakirə edib

2026-04-18 16:21:05

Hikmət Hacıyev Venesuelanın XİN rəhbərinin müavini ilə iki ölkə arasındakı münasibətləri müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində Venesuelanın xarici işlər nazirinin müavini Andrea Corao Faria ilə görüşüb.

Musavat.com xəbər verir ki, o bu barədə "X" sosial media hesabında yazıb.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan–Venesuela münasibətləri və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi imkanları üzrə məhsuldar fikir mübadiləsi aparılıb.