Hikmət Hacıyev: "Yubiley medalı jurnalistlərin, demək olar, hamısı üçün nəzərdə tutulub"
2025-07-22 20:07:00
“Yubiley medalı jurnalistlərin, demək olar, hamısı üçün nəzərdə tutulub”.
"Hurriyyet.az" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyi tərəfindən Milli Mətbuatın 150 illik yubileyi münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, jurnalistikamızın gənc və eyni zamanda yaşlı nəslin nümayəndələrini nəzərə almışıq: “Bu gün ağsaqqlarımızı, ağbirçəklərimizi nəzərə almışıq. Bu, hamı üçün nəzərdə tutulub. Yaxın zamanda müvafiq qaydada həmkarlarımızı təltif edəcəyik”.