📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hikmət Hacıyevdən MÜHÜM AÇIQLAMA: "Əsas məqsədimiz..."

2022-04-01 11:18:00

Hikmət Hacıyevdən MÜHÜM AÇIQLAMA:

"Hazırda işğaldan azad edilmiş ərazllərdə ağaclar əvəzinə minalar var. Əlbəttə ki, Azərbaycan hökuməti bunun əksini edəcək. Minaları təmizləyərək orada ağaclar əkəcək".

Hurriyyet.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti burada çoxtərəfli yanaşmadan istifadə edəcək:

"Dörd əsas istiqamət var. Bizim əsas məqsədimiz bu bölgəyə əhalinin təhlükəsiz şəkildə qaytarılmasını təmin etməkdir. Hazırda mina qurbanlarının sayı, təxminən, 200 nəfərə yaxındır".