Hikmət Hacıyevdən UNESCO-ya ÇAĞIRIŞ - FOTO
“Azərbaycanın strategiyası budur ki, regionda sülh olsun. Azərbaycan Prezidenti tələb edir ki, ölkələrin suverenliyi, ərazi bütövlüyü qarşılıqlı şəkildə tanınsın”.
Hurriyyet.az oxu.az-a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev “Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumunda deyib.
O bildirib ki, hazırda dayanıqlı sülhün bərqərar olması əhəmiyyətlidir.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın əraziləri işğal altında olarkən həmin yerlərdəki mədəni irslər dağıdılıb.
“Biz UNESCO-nu dəvət edirik ki, işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın mədəni irsinə qarşı həyata keçirilmiş addımları görsünlər”, - deyə Hikmət Hacıyev əlavə edib.
Hikmət Hacıyev bildirib ki, Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin bərqərar olması vacibdir.