“Hikmət Hacıyevlə səmərəli dialoqdan məmnun qaldım” - İsrail səfiri
2022-10-27 16:47:00
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin Azərbaycandakı səfiri Corc Diklə görüşüb.
Hurriyyet.az xəbər verir ki, bu barədə İsrail səfiri Corc Dik “Twitter”ində yazıb:
“Bu gün mən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə apardığımız ikitərəfli və regional məsələlər üzrə səmərəli dialoqdan məmnun qaldım”.

Bizim.Media