Hikmət Həsənova yeni vəzifə verildi
2022-07-19 14:33:00
General-mayor Hikmət Həsənova yeni vəzifə verilib.
Hurriyyet.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəis müavini, general-mayor Hikmət Həsənov tutduğu vəzifədən azad edilib.
Digər əmrlə isə H. Həsənov Hərbi Akademiya rəisinin birinci müavini təyin edilib.
Qeyd edək ki, H. Həsənov 2014-2021-ci illərdə Birinci Ordu Korpusunun komandiri olub.